Yuxarı
    Bağlamaq

    "Panatinaikos" klubunun prezidenti: "Bu, alçaldıcı məğlubiyyət oldu"

    Con Alafouzos: Mübarizəni davam etdirməliyik

    Bakı. 28 avqust. REPORT.AZ/ "Bu, alçaldıcı məğlubiyyət oldu. Buna baxmayaraq, başımızı qaldırıb mübarizə aparacağıq". "Report"un məlumatına görə, bunu yerli mətbuata açıqlamasında Yunanıstanın "Panatinaikos" klubunun prezidenti Con Alafouzos deyib.

    Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Afinada "Qəbələ" ilə 2:2 hesablı bərabərə qalan Yunanıstan klubunun prezidenti nəticəni belə şərh edib: "Seçim variantımız yoxdur. Yenidən özümüzə gəlib, mübarizəyə davam etməliyik. Oyun vaxtı səhvlərimiz oldu. Ancaq mən baş məşqçi və futbolçulara güvənirəm. Mübarizəni davam etdirməliyik".

    Qeyd edək ki, 2 oyunun nəticəsinə görə, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - 0:0; 2:2.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi