Ozan Can Kökcü: "Azərbaycan çempionatında da oynaya bilərəm"

Ozan Can Kökcü: "Azərbaycan çempionatında da oynaya bilərəm" "Yaxşı vəziyyətə çatmağım üçün həm millidə, həm də klubumda çox çalışmalıyam"
Futbol
25 May , 2018 00:55
Ozan Can Kökcü: Azərbaycan çempionatında da oynaya bilərəm

Bakı. 25 may. REPORT.AZ/ "Baş məşqçimiz öz oyunumuzu sərgiləməyimizi istədi. Çox çalışsaq da, matçın sonlarında qol buraxdıq. Qalib gəlsəydik, daha yaxşı olardı".

"Report" xəbər verir ki, bunu Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ozan Can Kökçü Bakıda Makedoniya ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

Gənc yarımmüdafiəçi ikinci hissədə daha zəif çıxış etmələrinin səbəbini bilmədiklərini söyləyib:

"Bunu mən deyə bilmərəm. Əlimizdən gələni etməyə çalışdıq".

Kökcü bir müddət əvvəl Azərbaycan millisindən imtina etdiyinə dair xəbərlərə də münasibətini açıqlayıb:

"Qəlbimin Azərbaycana bağlı olduğunu hər kəs bilir. Sadəcə, bəzi şeylər oldu. Onlar haqda çox danışmaq istəmirəm. Artıq o məsələləri beynimdə gəzdirmək istəmirəm, unutmuşam. Detallara girmək istəmirəm. Baş məşqçi Rəşad Sadıqovla görüşdə bütün məsələlər yoluna qoyuldu".

Yarımmüdafiəçi Türkiyə yığmasında oynama variantına isə belə reaksiya verib:

"Tolunay Kafkaz Hollandiyaya gəldikdə, onunla danışdıq. Azərbaycan millisini seçdiyimi söylədim. Bu komandada oynadığım üçün qürur duyuram. Çünki Azərbaycan və Türkiyə iki dövlət, tək millətdir".

Kökcü millinin toplanışından sonra müqavilə üzrə məxsus olduğu Türkiyənin "Bursaspor" klubunun düşərgəsinə yollanacağını da əlavə edib:

"Yaxşı vəziyyətə çatmağım üçün həm millidə, həm də klubumda çox çalışmalıyam. Azərbaycan çempionatında da oynaya bilərəm. Hər şeyi zaman göstərər".

Son xəbərlər

Orphus sistemi