Yuxarı

Oyun zamanı meydana girən azarkeş Messinin ayağından öpüb - VİDEO

Oyun zamanı meydana girən azarkeş Messinin ayağından öpüb - VİDEO
Təhlükəsizlik xidməti əməkdaşları kənar şəxsi çölə çıxarıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Argentina və Uruqvay yığmaları arasında keçirilmiş futbol üzrə dünya çempionatının seçmə matçı zamanı meydana azarkeş girib. 

"Report"un məlumatına görə, gənc fanat meydan sahiblərinin kapitanı Lionel Messiyə tərəf qaçaraq, onun ayağından öpüb.

Həmin vaxt Argentina öndə olub - 1:0. Öz növbəsində Messi də azarkeşlə qucaqlaşdıqdan sonra stadionun təhlükəsizlik xidməti əməkdaşları kənar şəxsi çölə çıxarıb.

Qeyd edək ki, görüş elə bu hesabla yekunlaşıb. Yeganə qolu Lionel Messi vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi