Yuxarı

​Oyun zamanı künc zərbəsindən birbaşa qol vurulub

Qolda küləyin də rolu olub

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiyanın "Zenit" klubunun futbolçusu Halk Belarus BATE-sinin qapısına künc zərbəsindən birbaşa qol vurub. "Report"un məlumatına görə, bu qol Türkiyənin Antalya bölgəsində keçirilən yoxlama matçında qeydə alınıb.

Braziliyalı hücumçu topa elə zərbə vurub ki, küləyin də köməyilə birbaşa qapının uzaq küncünə istiqamətlənib. BATE-nin qapıçısının tutmaq istədiyi top onun əlindən sürüşərək, tora qovuşub.

Qeyd edək ki, görüş "Zenit"in qələbəsi ilə yekunlaşıb - 3:1. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi