​Oyun zamanı futbolçunun mədəsi partlayıb

​Oyun zamanı futbolçunun mədəsi partlayıb Futbolçu dərhal əməliyyat olunub
Futbol
10 Mart , 2016 10:19
​Oyun zamanı futbolçunun mədəsi partlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin həvəskarlar liqasında çıxış edən "Bandırma Etispor"un futbolçusu Barış Gözəlin mədəsi partlayıb. "Report"un məlumatına görə, hadisə "Barbaros Sefaspor"la (2:0) matçda baş verib.

Lakin futbolçunun ağrıları oyundan sonra geri qayıdarkən özünü büruzə verib. Nəticədə B.Gözəl təcili xəstəxanaya aparılıb və əməliyyat olunub. 2 saat davam edən əməliyyatda futbolçunun mədəsi tikilib.

Həkimlər B.Gözəlin vəziyyətinin yaxşı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi