Oyun zamanı meydana azarkeşlər axışıb

Oyun zamanı meydana azarkeşlər axışıb Yunanıstan Kuboku matçı yarımçıq dayandırılıb
Futbol
12 Mart , 2015 10:17
Oyun zamanı meydana azarkeşlər axışıb

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Yunanıstan Kubokunun 1/4 finalında AEK və "Olimpiakos" komandaları arasında keçirilmiş oyun zamanı insident baş verib. "Report"un məlumatına görə, matçın 90-cı dəqiqəsində AEK azarkeşləri meydana axışıb. 

Bunu görən hakimlər, məşqçilər və futbolçular paltardəyişmə otağına yollanıb. Məsləhətləşmələrdən sonra oyunun başa çatdırılmaması qərara alınıb. 

Qeyd edək ki, hadisə baş verməmişdən öncə hesab "Olimpiakos"un xeyrinə olub - 1:0. İlk oyunda komandalar hərəyə bir dəfə (1:1) fərqləniblər.

Son xəbərlər

Orphus sistemi