Ötənlərin məşhur futbolçusu üçün tacqoyma keçirilib

Ötənlərin məşhur futbolçusu üçün tacqoyma keçirilib Bu, sponsorluq tədbiri zamanı baş verib
Futbol
19 Dekabr , 2017 12:49
Ötənlərin məşhur futbolçusu üçün tacqoyma keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun əfsanəvi futbolçusu Tyerri Anrinin başına Nigeriyada tac qoyulub. "Report"un məlumatına görə, bu, sponsorluq tədbiri zamanı baş verib.

Tədbir zamanı Anriyə tərcümədə kral mənası verən "Igwe" adı verilib. Kral paltarı geyinən keçmiş hücumçu futbol kralı adlandırılıb. 

Qeyd edək ki, hazırda Tyerri Anri Belçika yığmasında köməkçi məşqçi, "Sky Sports" telekanalında isə ekspert kimi çalışır.

Son xəbərlər

Orphus sistemi