Yuxarı
    Bağlamaq

    Ən çox qazanan futbolçuların siyahısı açıqlanıb

    Siyahıya Kriştianu Ronaldo başçılıq edir

    Bakı. 7 may. REPORT.AZ/ ABŞ-ın "Forbes" jurnalı 2014-cü ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. "Report"un məlumatına görə, siyahıya İspaniyanın "Real Madrid" klubunda oynayan Kriştianu Ronaldo başçılıq edir.

    Jurnalın hesablamasına görə, iki il ard-arda bu titula sahib çıxan 30 yaşlı futbolçu ötən il 79 milyon dollar qazanıb. Bu da portuqaliyalının 2014-cü ildə qazandığından 6 milyon dollar çoxdur. 

    İkinci pillədə isə 70.5 milyon dollarla Lionel Messi qərarlaşıb. "Barselona"lı futbolçu bu məbləğin 22 milyon dollarını reklamlardan əldə edib. İlk üçlüyü 41.8 milyon dollarla Fransa PSJ-sinin hücumçusu Zlatan İbrahimoviç qapayır.

    "Forbes"in tərtib etdiyi ilk onluq belədir:

    1. Kriştianu Ronaldo: "Real Madrid" - 79 milyon dollar

    2. Lionel Messi: "Barselona" - 70.5 milyon dollar

    3. Zlatan İbrahimoviç: PSJ - 41.8 milyon dollar

    4. Qaret Beyl: "Real Madrid" - 34.9 miylon dollar

    5. Neymar: "Barselona" - 31.7 milyon dollar

    6. Radamel Falkao: "Mançester Yunayted" - 31 milyon

    7. Ueyn Runi: "Mançester Yunayted" - 25.8 milyon dollar

    8. Xames Rodriqes: "Real Madrid" - 25.4 milyon dollar

    9. Serxio Aquero: "Mançester Siti" - 25.3 milyon dollar

    10. Luis Suares: "Barselona" - 19.9 milyon dollar

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi