"Liverpul"un Barselonada otel işçilərinə hücum edən 6 azarkeşi saxlanılıb

"Liverpul"un Barselonada otel işçilərinə hücum edən 6 azarkeşi saxlanılıb İngiltərə Liverpulunun azarkeşləri İspaniyada Barselona ilə keçirəcəkləri futbol üzrə Çempionar Liqasının yarımfinal mərhələsinin ilk oyunu ərəfəsində polis tərəfindən saxlanılıb.
Futbol
1 May , 2019 13:00
Liverpulun Barselonada otel işçilərinə hücum edən 6 azarkeşi saxlanılıb

İngiltərə "Liverpul"unun azarkeşləri İspaniyada "Barselona" ilə keçirəcəkləri futbol üzrə Çempionar Liqasının yarımfinal mərhələsinin ilk oyunu ərəfəsində polis tərəfindən saxlanılıb. 

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, səbəb klubun 6 fanatının Kataloniyada insident törətməsidir. Onlar otel işçilərinə hücum etdikdən sonra həbs olunublar. Münaqişədən sonra 4 nəfər yaralanıb. Yaralılardan birinin burnu qırılıb. 

Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Liverpul" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi