Orxan Sadıqlı: "Rəqib meydanında altı top buraxmaq faciədir"

Orxan Sadıqlı: "Rəqib meydanında altı top buraxmaq faciədir" “Xəzər Lənkəran” komandasının qapıcısı 0:6 hesablı məğlubiyyəti şərh edib
Futbol
5 Oktyabr , 2015 00:10
Orxan Sadıqlı: Rəqib meydanında altı top buraxmaq faciədir

Qəbələ. 5 oktyabr. REPORT.AZ/ “Faciə idi. Yuxu kimiydi. Ayılmamışam. Danışmağa söz tapmıram. Özümüz özümüzdən utanırıq”. “Report”-un məlumatına görə bunu “Xəzər Lənkəran” komandasının qapıcısı Orxan Sadıqlı “Qəbələ” klubu ilə Azərbaycan Premyer Liqasının VII tur qarşılaşmasından sonra jurnalistlərə deyib.

22 yaşlı qolkiperin sözlərinə görə, “Qəbələ” ilə oyun ən çətin qarşılaşmalardan biri olub. O, qeyd edib ki, böyük hesablı məğlubiyyət ümumilikdə klubun gələcəyi və hər bir futbolçunun karyerası üçün mənfi göstəricidir: “Bugünkü oyun son 5 qarşılaşma içində ən bərbad olanı idi. Bunu xatırlamaq istəmirəm. Rəqib meydanında 6 top buraxmaq faciədir. Hamımız “sıfır” oynadıq. Bu, komandanın səhvidir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VII turun son oyununda “Xəzər Lənkəran” “Qəbələ”yə 0:6 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi