"Neftçi"nin müdafiəçisi: "Azərbaycan millisinə dəvət özüm üçün də gözlənilməz oldu"

"Neftçi"nin müdafiəçisi: "Azərbaycan millisinə dəvət özüm üçün də gözlənilməz oldu" Yığmaya çağırıldığım üçün çox xoşbəxtəm. Bu dəvət özüm üçün də gözlənilməz oldu. Belə bir imkan yaratdığı üçün baş məşqçi Nikola Yurçeviçə minnətdarlığımı bildirirəm.
Futbol
13 Mart , 2019 17:57
Neftçinin müdafiəçisi: Azərbaycan millisinə dəvət özüm üçün də gözlənilməz oldu

"Yığmaya çağırıldığım üçün çox xoşbəxtəm. Bu dəvət özüm üçün də gözlənilməz oldu. Belə bir imkan yaratdığı üçün baş məşqçi Nikola Yurçeviçə minnətdarlığımı bildirirəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasına ilk dəfə dəvən alan "Neftçi" klubunun futbolçusu Ömər Buludov deyib. 21 yaşlı cinah müdafiəçisi etimadı doğrultmağa çalışacağını bildirib: "Bunun üçün, ilk növbədə, əsas heyətə düşməliyəm".

Buludov Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litva ilə keçirəcəkləri yoldaşlıq görüşündə yaxşı nəticə əldə etməyə çalışacaqlarını da vurğulayıb.

Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi