Ölkə Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub

Ölkə Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub Qəbələ və Sumqayıt komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının startına yarım saat qalmış Naxçıvan Muxtar Respublikası stadionunun tribunalarının yarıdan çoxu dolub.
Futbol
19 May , 2019 16:56
Ölkə Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub

"Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının startına yarım saat qalmış Naxçıvan Muxtar Respublikası stadionunun tribunalarının yarıdan çoxu dolub.

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının məlumatına görə, əməkdar artist Tünzalə Ağayeva görüşə bir saat qalmışdan sevimli mahnılarını səsləndirməyə başlayıb.

Tədbirin aparıcısı Kamran Həsənlidir. Komandalar mahnı sədaları altında məşqə çıxıblar.

Matçı izləməyə gələnlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikası rəsmiləri də var.

Qeyd edək ki, görüş saat 17:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi