Olivye Jiru "Arsenal"dan "Çelsi"yə transfer olunub

Olivye Jiru "Arsenal"dan "Çelsi"yə transfer olunub Fransalı futbolçu London klubu ilə 1,5 illik müqavilə imzalayıb
Futbol
1 Fevral , 2018 03:18
Olivye Jiru Arsenaldan Çelsiyə transfer olunub

Bakı. 1 fevral. REPORT.AZ/ "Çelsi" "Arsenal"ın fransalı hücumçusu Olivye Jirunun transfer olunduğunu elan edib.

“Report” xəbər verir ki, fransalı futbolçu London komandası ilə 1,5 illik müqavilə imzalayıb və "18" nömrə altında çıxış edəcək.

"Çelsi" İngiltərə Premyer Liqasının ən böyük klublarından biridir. Klub son altı və ya yeddi ildə, yəqin ki, ölkədə hamıdan çox mükafat qazanıb. Mən "Çelsi"nin oyunçusu olduğum üçün fəxr edirəm", - deyə Jiru imzalanma mərasimindən sonra bildirib.

31 yaşlı Jiru "Arsenal"da 2012-ci ildən çıxış edir və "topçular"ın heyətində 253 oyuna 105 qol vurub.

Son xəbərlər

Orphus sistemi