Yuxarı
    Bağlamaq

    Olimpiya çempionu Toğrul Əsgərov "Kəpəz"in oyununu izləyib

    Gəncəli pəhləvan İnterlə oyuna baxıb

    Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilmiş “Kəpəz” – “İnter” matçını sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov da izləyib. "Report"un məlumatına görə, gəncəli pəhləvanın oyuna baxmağa gəlməsi fanatların da diqqətini çəkib. 

    Yerli azarkeşlər “Toğrul, Toğrul” deyə güləşçini salamlayıblar. Oyun boyu “sarı-göylər”ə dəstək verən pəhləvan görüşdən sonra azarkeşlər ilə şəkil çəkdirib.

    Qeyd edək ki, matçın qalibi müəyyənləşməyib - 1:1. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi