Növbəti "El-Klassiko" "Barselona"nın qələbəsi ilə başa çatıb - YENİLƏNİB

Növbəti "El-Klassiko" "Barselona"nın qələbəsi ilə başa çatıb - YENİLƏNİB Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 26-cı turunda Real Madrid Barselona ilə üz-üzə gəlib.
Futbol
3 Mart , 2019 01:36
Növbəti El-Klassiko Barselonanın qələbəsi ilə başa çatıb - YENİLƏNİB

Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib.

“Report” xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu Kataloniya komandasının yarımmüdafiəçisi İvan Rakitiç vurub. O, xavbek Serxi Robertonun ötürməsini qola çevirib.

İspaniya Primerosu. 26-cı tur

"Real Madrid" – "Barselona" - 0:1

Qol: 0:1 – Rakitiç – 26ko" "Barselona"nın qələbəsi ilə başa çatıb.


***23:29

Bakı. 2 mart. REPORT.AZ/ İspaniya La Liqasının XXVI tur matçında üz-üzə gələcək "Real Madrid" və "Barselona" komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandaları meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

"Real Madrid": 25. Tibo Kurtua, 2. Daniel Karvaxal, 5. Rafael Varan, 4. Serxio Ramos (k.), 23. Serxio Regilon, 14. Kazemiro, 8. Toni Kroos, 10. Luka Modriç, 11. Qaret Beyl, 9. Kərim Benzema, 28. Vinisius Junior

Ehtiyat oyunçular: 1. Keylor Navas, 12. Marselo, 24. Daniel Sebalyos, 15. Federiko Valverde, 22. İsko, 17. Lukas Vaskes, 20. Marko Asensio

"Barselona": 1. Mark-Andre ter Ştegen, 20. Serxi Roberto, 3. Jerar Pike, 15. Kleman Lanqle, 18. Xordi Alba, 5. Serxio Buskets, 4. İvan Rakitiç, 8. Artur, 11. Usman Dembele, 10. Lionel Messi, 9. Luis Suares

Ehtiyat oyunçular: 13. Yasper Sillessen, 23. Samuel Umtiti, 2. Nelson Semedo, 22. Arturo Vidal, 21. Karles Alenya, 7. Filippe Koutinyo, 14. Malkom

Qeyd edək ki, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi