Norveçli futbolçu Azərbaycan yığması ilə oyunda qeydə alınmış rekordu təzələyib

Norveçli futbolçu Azərbaycan yığması ilə oyunda qeydə alınmış rekordu təzələyib Martin Edeqor 16 yaş 101 günündə ikən yığmanın start heyətində meydana çıxıb
Futbol
29 Mart , 2015 12:49
Norveçli futbolçu Azərbaycan yığması ilə oyunda qeydə alınmış rekordu təzələyib

Bakı. 29 mart. REPORT.AZ/ Norveç milli komandasının və İspaniyanın "Real Madrid" klubunun gənc futbolçusu Martin Edeqor AVRO-2016-nın seçmə qrup mərhələsində daha bir rekord müəyyənləşdirib. "Report"un məlumatına görə, Edeqor martın 28-də Xorvatiya yığması ilə keçirdikləri oyunda meydana start heyətində çıxan ən gənc futbolçu ünvanına sahib olub.

Komandası 1:5 hesabı ilə uduzsa da o, 16 yaş 101 günündə ikən yığmanın ilk "11-liy"ində yer alıb. Bununla da istedadlı oyunçu Lixtenşteyn millisinin qapıçısı Peter Yeleyə məxsus rekordu təzələyib. Yele 1998-ci il oktyabrın 14-də Azərbaycan yığmasını 2:1 hesabı ilə yendikləri AVRO-2000-in seçmə qrup matçında start heyətdə çıxış etmişdi. Həmin vaxt onun 16 yaş 265 günü olub.

Daha bir maraqlı məqam odur ki, Yele bu rekorda imza atarkən, Edeqor hələ doğulmamışdı. Lixtenşteynli qapıçı isə hələ karyerasını başa vurmayıb və hazırda aktivində milli forma ilə 108 oyun var.

Qeyd edək ki, Martin Edeqor Norveç yığmasında ilk dəfə 2014-cü il oktyabrın 13-də Bolqarıstanla səfər matçının 64-cü dəqiqəsində meydana çıxıb. Bununla da Edeqor Avropa çempionatlarının seçmə mərhələlərində debüt etmiş ən gənc oyunçu ünvanına yiyələnib. Norveç millisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi