Yuxarı
    Bağlamaq

    Norveç yığmasının baş məşqçisi Azərbaycan millisi ilə oyundan danışıb

    Üç oyundan 7 xal arzu olunan nəticədir

    Bakı. 29 sentyabr. REPORT.AZ/ DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Norveç yığmasının baş məşqçisi Per-Matias Höqmo qarşıdakı 3 oyun haqda danışıb. "Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis Norveç Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bu görüşlərdən 7 xal götürmək fikrində olduqlarını bildirib.

    Komandanın hazırlığından söz açan Höqmo bunları bildirib: "Qarşıda Azərbaycan, San Marino və Çexiya ilə oyunlarımız var. Bu üç oyunda 7 xal qazansaq, bizim üçün arzulanan nəticə sayılacaq. Üstəlik, bu nəticə Norveç yığması üçün başlanğıc nöqtəsi olacaq".

    Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 20:00-da başlayacaq. Azərbaycan yığması seçmə tsiklə San Marino üzərində 1:0 hesablı səfər qələbəsi ilə başlayıb. Norveç isə ilk turda öz meydanında Almaniyaya böyük hesabla uduzub - 0:3. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi