Norveçdə Azərbaycan yığması ilə oyuna maraq aşağı səviyyədədir

Norveçdə Azərbaycan yığması ilə oyuna maraq aşağı səviyyədədir İndiyədək matça 6 min bilet satılıb
Futbol
28 Avqust , 2017 16:56
Norveçdə Azərbaycan yığması ilə oyuna maraq aşağı səviyyədədir

Bakı. 28 avqust. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Azərbaycan oyununa maraq aşağı səviyyədədir.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuata Norveç Futbol Federasiyasının bilet satışı üzrə meneceri Merete Prestkvern bildirib.

Onun sözlərinə görə, hazırda 6 min bilet satılıb və Norveçdə oyuna maraq çox aşağı səviyyədir: “Rəqəmlər göstərir ki, ictimai maraq azalıb. Bu da Norveç yığmasının dünya çempionatına vəsiqə şansını böyük ölçüdə itirməsindən irəli gəlir”.

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu arenanın 28 min tamaşaçı tutumu var. 

Son xəbərlər

Orphus sistemi