Norveç yığmasının futbolçusu “Qarabağ”dan təklif alması ilə bağlı xəbərə münasibət bildirib

Norveç yığmasının futbolçusu “Qarabağ”dan təklif alması ilə bağlı xəbərə münasibət bildirib "Qarabağ”ın yaxşı komanda olduğunu və Çempionlar Liqasında oynamaq istədiyimi söyləməliyəm”
Futbol
31 Avqust , 2017 17:24
Norveç yığmasının futbolçusu “Qarabağ”dan təklif alması ilə bağlı xəbərə münasibət bildirib

Bakı. 31 avqust. REPORT.AZ/ Norveç yığmasının futbolçusu Tarik Elyunussi “Qarabağ” klubundan təklif alması ilə bağlı xəbərə münasibət bildirib.

Yunanıstan “Olimpiakos”unun formasını geyinən 29 yaşlı yarımmüdafiəçi “Report”a açıqlamasında deyib ki, Ağdam klubundan təklif almayıb: “Transfer pəncərəsi”nin bağlanmasına saatlar qalıb. Yəni bundan sonra mümkün deyil. Bununla yanaşı, “Qarabağ”ın yaxşı komanda olduğunu və Çempionlar Liqasında oynamaq istədiyimi söyləməliyəm”.

Qeyd edək ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, “Qarabağ” “Olimpiakos”un iranlı hücumçusu Kərim Ənsarifərdlə də maraqlanır. Həmçinin digər Yunanıstan təmsilçisi PAOK-un futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.

Son xəbərlər

Orphus sistemi