Norveç yığmasının baş məşqçisi Azərbaycan millisinə qarşı oyun üslubunu açıqlayıb

Norveç yığmasının baş məşqçisi Azərbaycan millisinə qarşı oyun üslubunu açıqlayıb Per-Matias Höqmo: "Biz oyuna nəzarət etməli və sonadək vuruşmalıyıq"
Futbol
13 Noyabr , 2014 10:24
Norveç yığmasının baş məşqçisi Azərbaycan millisinə qarşı oyun üslubunu açıqlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ "Bu, bizim üçün faydalı oyun oldu. Bilirdik ki, müdafiəmizi açmaq komandamıza çətinliklər yaradacaq. Üzləşdiyimiz vəziyyətlə seçmə oyunda da qarşılaşmağa hazır olmalıyıq". "Report"un məlumatına görə, bunu futbol üzrə Norveç milli komandasının baş məşqçisi Per-Matias Höqmo Estoniya yığmasına 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib. 

Təcrübəli mütəxəssis noyabrın 16-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində üz-üzə gələcəkləri Azərbaycan millisi ilə oyun barədə də danışıb. O, rəqib qapısı qarşısında effektiv və Azərbaycan yığmasının döyüşkən çıxışına hazır olmalarının vacibliyini bildirib: "Biz oyuna nəzarət etməli və sonadək vuruşmalıyıq. Bəlkə də Malta ilə əvvəlki səfər matçında olduğu kimi daha açıq oyun olmayacaq". 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi