Yuxarı

Norveç yığmasının baş məşqçisi: "Azərbaycanın oyun keyfiyyəti artıb"

Nəticəyə görə məyusuq

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Nəticəyə görə məyusuq. Oyun ərzində qol imkanları oldu, amma dəyərləndirə bilmədik".

"Report"un məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turunda Azərbaycan yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bakı Olimpiya Stadionunun ot örtüyü ürəyinizcə oldu?

- Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində hücumlar olurdu. Sadəcə şanslarımızı dəyərləndirə bilmədik.

Seçmə mərhələdə göstəriciniz heç də yaxşı deyil. Postunuzdan getməyi düşünürsünüzmü?

- Üç xal itirdiyimiz üçün məyusuq. Ötən mərhələdə bu komandadan 4 xal aldıq. İndi bütün diqqətimizi San Marinoya yönəltməliyik.

Oyundan öncə Azərbaycan və San Marinodan xal alacağınıza əminliyinizi bildirmişdiniz. Düşünmürsünüz ki, bu açıqlamanız Azərbaycan millisini daha da motivasiya etdi...

- Həmişə qələbə qazanmaq istəyirik. Amma rəqibdə oyun keyfiyyətinin artdığı görünür. Ötən ildə bizdən və Xorvatiyadan xal ala bilmişdiniz.

Qoldan sonra hava ötürmələrindən başqa ötürmələr görmədik. Başqa seçim yox idi?

- Gördünüz ki, Azərbaycan orta xətdən müdafiəyə başlayırdı. Bizim qol vurmaq üçün başqa yolumuz yox idi. Cərimə meydançasında da olan fürsətləri dəyələndirə bilmədik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi