Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisi çox yaxşı komandadır"

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisi çox yaxşı komandadır" "Oyun elə alındı ki, Azərbaycan güclü oldu"
Futbol
31 Avqust , 2017 14:47
Norveç yığmasının baş məşqçisi: Azərbaycan millisi çox yaxşı komandadır

Oslo. 31 avqust. REPORT.AZ/ Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransı keçirib. 

"Report"un Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb...

- Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən maraqlı futbol alınacağına ümidvaram.

- Heyətdə hər hansı problem var?

- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdır.

- Yəqin ki, Bakıdakı ilk oyunu izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?

- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.

- Oyuna necə hazırlaşmısınız?

- Komandamız yaxşı hazırlaşıb. Xüsusən müdafiəyə diqqət ayırmışıq. Çünki son iki oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiniz?

- Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

- İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?

- Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?

- Ardıcıl iki oyun keçirəcəyik. Hamısından tam həcmdə hər iki qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.

Son xəbərlər

Orphus sistemi