Norveç millisinin baş məşqçisi azərbaycanlı jurnalistlərə hörmətsizlik edib

Norveç millisinin baş məşqçisi azərbaycanlı jurnalistlərə hörmətsizlik edib “Komandanızın doğma azarkeşlər önündə özünü subut etmək üçün daha istəkli oynayacağını gözləyirik”
Futbol
15 Noyabr , 2014 20:54
Norveç millisinin baş məşqçisi azərbaycanlı jurnalistlərə hörmətsizlik edib
Norveç milli komandasının baş məşqçisi Per-Matias Höqmo Azərbaycan yığması ilə futbol üzrə AVRO-2016-nın seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib. “Report”un məlumatına görə, tədbirdə təcrübəli mütəxəssisin Norveç dilində səsləndirdiyi fikirlər Azərbaycanca dilinə tərcümə olunmayıb.

Onun fikirlərindən daha çox qonaq jurnalistlər faydalanıblar. Höqmo azərbaycanlı media mənsublarının azsaylı suallarını da cavablandırıb. Bu zaman ingiliscə danışan baş məşqçi daha çox Azərbaycan yığmasının sükanı arxasındakı dəyişikliyə diqqət çəkib: “Baş məşqçiniz yenidir. Bu səbəbdən, komandanızın doğma azarkeşlər önündə özünü subut etmək üçün daha istəkli oynayacağını gözləyirik. Cari seçmə tsikldə ən yaxşı oyununuzu Bolqarıstana qarşı keçirmisiniz. Biz də millinizi həmin oyuna əsasən təhlil etmişik”.

“Bakcell Arena”nın ot örtüyünün elə də yaxşı vəziyyətdə olmamasının Norveç millisinə hər hansı problem yaradıb-yaratmayacağı ilə bağlı sualın cavabında Höqmo zarafatından qalmayıb: “Ot örtüyü hər iki komanda üçün eyni olacaq. Biz də qazona öyrəşmək məcburiyyətindəyik. Meydanı çox sulasaq, otu tez böyüyər”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi