Norveç millisinin Azərbaycan yığması ilə qarşılaşacaq heyəti açıqlanıb

Norveç millisinin Azərbaycan yığması ilə qarşılaşacaq heyəti açıqlanıb Baş məşqçi düşərgəyə 26 futbolçu çağırıb
Futbol
28 May , 2015 15:50
Norveç millisinin Azərbaycan yığması ilə qarşılaşacaq heyəti açıqlanıb

Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə Norveç millisinin Azərbaycanla görüş üçün heyəti açıqlanıb. "Report"un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma üçün 26 futbolçu millinin düşərgəsinə dəvət olunub.

Baş məşqçi Per-Matias Xyoqmonun milliyə dəvət etdiyi futbolçular bunlardır:

Qapıçılar: Sten Qrutebust ("Olesund"), Andre Hansen ("Rusenborq"), Eryan Haskyold Nuland ("Molde")

Müdafiəçilər: Tom Heqli ("Kopenhagen", Danimarka), Yone Samuelsen ("Odd"), Veqard Forren ("Molde"), Omar Elabdellaui ("Olimpiakos", Yunanıstan), Martin Linnes ("Molde"), Stefan Strandberq ("Rusenborq")

Yarımmüdafiəçilər: Aleksandr Tetti ("Norviç", İngiltərə), Per Silyan Şelbred ("Herta", Almaniya), Even Hovland ("Nürnberq", Almaniya), Hovard Nordtveyt ("Borussiya" Mönhenqladbax, Almaniya), Harmeet Sinx ("Molde"), Stefan Yohansen ("Seltik", Şotlandiya), Veqar Eggen Hedenstad ("Braunşveyq", Almaniya), Markus Henriksen ("AZ Alkmaar", Hollandiya), Valon Berişa ("Salzburq", Avstriya), Martin Edeqor ("Real Madrid", İspaniya), Xenninq Xauqer ("Elfsborq", İsveç), Sinq Harmet ("Molde")

Hücumçular: Hovard Nilsen ("Braunşveiq", Almaniya), Adama Diamonde ("Malmö"), Pol Andre Xellan ("Rusenborq"), Kinq Joşua ("Blekbörn", İngiltərə), Aleksandr Syoderlunn ("Rusenborq")

Qeyd edək ki, Norveç və Azərbaycan milli komandaları iyunun 12-də paytaxt Osloda üz-üzə gələcək. "Ullevaal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:45-də start götürəcək. 

Son xəbərlər

Orphus sistemi