Yuxarı

Norveç millisinin Azərbaycan yığma komandası ilə oyun üçün heyəti açıqlanıb

Həmin futbolçular Estoniya ilə yoldaşlıq görüşünə də dəvət alıblar

Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Norveç yığmasının heyəti açıqlanıb. "Report"un Norveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Per-Matias Hoqmo mətbuat konfransında heyətə 23 futbolçu çağırdığını açıqlayıb.

Həmin futbolçular Estoniya ilə yoldaşlıq görüşünə də dəvət alıblar: 

Qapıçılar: Rune Yarsteyn (“Herta”, Almaniya), Steyn Qritebust (“Olesun”), Oryan Niland (“Mölde”)

Müdafiəçilər: Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), Veqard Forren, Per Egil Flo, Martin Linnes (hamısı “Mölde”), Steffen Hagen (“Odd”), Tom Hoqli (“Kopenhagen”, Danimarka), Havard Nortveyt (“Borussiya”, Dortmund, Almaniya), Tore Reginiussen (“Rusenborq”)
Yarımmüdafiəçilər: Mats Möller Deli (“Kardiff”, İngiltərə), Stefan Yohansen (“Seltik”, Şotlandiya), Anders Konradsen (“Renn”, Fransa), Yone Samuelson, Harmit Sinq (hər ikisi “Mölde”), Per Villian Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettev (“Norviç”, İngiltərə), Martin Odeqar (“Stromsqodset”)
Hücumçular: Tarik Elyunussi (“Hoffenhaym”, Almaniya), Fredrik Qulbrandsen (“Mölde”), Aleksander Soderlund (“Rusenborq”), Havard Nilsen (“Ayntraxt”, Braunşveyq, Almaniya)

Qeyd edək ki, Norveç Estoniya ilə noyabrın 12-də, Azərbaycan millisi isə noyabrın 16-da üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi