​Nobel mükafatı mərkəzi FİFA ilə əməkdaşlığı dayandırıb

​Nobel mükafatı mərkəzi FİFA ilə əməkdaşlığı dayandırıb İndiyədək qurumla "Coca-Cola", "Adidas", "Visa","McDonald's" və "Hyundai" kimi sponsor şirkətləri də əməkdaşlığı kəsiblər
Futbol
16 İyun , 2015 14:53
​Nobel mükafatı mərkəzi FİFA ilə əməkdaşlığı dayandırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Nobel Mükafatı mərkəzi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilə əməkdaşlığı dayandırması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Nobel Mükafatı mərkəzinin mətbuat xidməti məlumat yayıb.

"Direktorlar Şurası rəhbərliyə tapşırıb ki, FİFA ilə əməkdaşlığı bacardıqca tez dayandırsınlar", - mərkəz bildirib.

Qeyd edək ki, FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı İnterpol, eləcə də "Coca-Cola", "Adidas", "Visa","McDonald's" və "Hyundai" kimi şirkətlər qurumla əməkdaşlığı dayandırıblar. 

Son xəbərlər

Orphus sistemi