Nikuşor Banku: "Səbail"in Essyendən başqa da yaxşı oyunçuları var"

Nikuşor Banku: "Səbail"in Essyendən başqa da yaxşı oyunçuları var" Növbəti raund haqqında düşünmürük. Məqsədimiz Səbaili keçməkdir.
Futbol
10 İyul , 2019 20:00
Nikuşor Banku: Səbailin Essyendən başqa da yaxşı oyunçuları var

"Növbəti raund haqqında düşünmürük. Məqsədimiz "Səbail"i keçməkdir".

"Report"un məlumatına görə, bunu Rumıniyanın "Universitatya" komandasının futbolçusu Nikuşor Banku "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib.

Kapitan bildirib ki, azarkeşlər və rəhbərlik onlardan növbəti mərhələyə keçməyi gözləyir: "Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. Maykl Essyeni "Çelsi"dən tanıyırıq, çox yaxşı oyunçudur. Hazırda cavan yaşlarında olmasa da, təcrübəsi var. "Səbail"in Essyendən başqa da yaxşı oyunçuları var. Onlara hörmətlə yanaşırıq. Matçdan sonra fürsət düşərsə, Essyenlə şəkil çəkdirərəm".

Son xəbərlər

Orphus sistemi