​Nikos Marinakis: "Güclü komanda ilə qarşılaşacağımızı bilirdik"

​Nikos Marinakis: "Güclü komanda ilə qarşılaşacağımızı bilirdik" “Qəbələ”nin 3 mərhələ geridə qoyması onun güclü olduğundan xəbər verir"
Futbol
19 Avqust , 2015 19:37
​Nikos Marinakis: Güclü komanda ilə qarşılaşacağımızı bilirdik

Bakı. 19 avqust. REPORT.AZ/ "Son vaxtlar komandamızın oyun səviyyəsi aşağı düşmüşdü. Ancaq getdikcə öz oyunumuzu tapmağa başladıq". "Report"un məlumatına görə, bunu Avropa Liqasının "play-off" mərhələsində "Qəbələ"nin rəqibi olan Yunanıstan "Panatinaikos"unun futbolçusu Nikos Marinakis deyib.

Sabah keçiriləcək oyun haqda fikirlərini bildirən futbolçu komandanın artıq yüksəlişdə olduğunu deyib: "Play-off"dakı rəqibimiz olan “Qəbələ”nin 3 mərhələ geridə qoyması onun güclü olduğundan xəbər verir. Bura gələndə də güclü komanda ilə qarşılaşacağımızı bilirdik. Essyen ulduz futbolçudur. Amma onun yoxluğunda da biz güclü komandayıq. Bunu əvvəlki oyunlarda da göstərmişik".

Son xəbərlər

Orphus sistemi