​Nikolya Anelka Əlcəzairə buraxılmadı

​Nikolya Anelka Əlcəzairə buraxılmadı Buna səbəb onun yaşının 35 olması və milli komandanın üzvü olmamasıdır
Futbol
13 Yanvar , 2015 13:21
​Nikolya Anelka Əlcəzairə buraxılmadı

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransalı futbolçu Nikolya Anelka Əlcəzairə buraxılmayıb. "Report"un məlumatına görə, Əlcəzairin "Xuseyn Dey" klubuna transferi gündəmdə olan futbolçunun keçidinə yerli futbol federasiyası qadağa qoyub.

Buna səbəb onun yaşının 35 olması və milli komandanın üzvü olmamasıdır. Əlcəzair Futbol Federasiyası 27 yaşdan yuxarı olan və milli komandanın üzvü olmayan legioner futbolçulara yerli klublarda oynamağı qadağan edib.

Qeyd edək ki, futbolçu və klub arasındakı razılaşmaya əsasən tərəflər arasında 1.5 illik müqavilə imzalanmalı idi.

Son xəbərlər

Orphus sistemi