Nikolay Pisarev: "Ramil Şeydayevin Azərbaycan yığmasına getməyə qərar verəcəyini düşünmürəm"

Nikolay Pisarev: "Ramil Şeydayevin Azərbaycan yığmasına getməyə qərar verəcəyini düşünmürəm" "Onun tezliklə Rusiya yığmasına çağırılmaq üçün yaxşı şansı var"
Futbol
4 Dekabr , 2014 17:16
Nikolay Pisarev: Ramil Şeydayevin Azərbaycan yığmasına getməyə qərar verəcəyini düşünmürəm

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev "Zenit" klubunun futbolçusu Ramil Şeydayevlə bağlı AFFA və Rusiya Futbol İttifaqı arasında danışıqlar aparılmasına dair informasiyaları şərh edib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bundan xəbərsiz olduğunu söyləyib. 

N.Pisarev 18 yaşlı hücumçunun getməyə qərar verəcəyinə inanmadığını deyib: "R.Şeydayev Rusiya klubunda çıxış edir. Onun tezliklə yığmamıza çağırılmaq üçün yaxşı şansı var. Düşünmürəm ki, getməyi qərara alacaq". 

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyada çıxış edən Azərbaycan əsilli futbolçuların legioner sayılmaması üçün RFİ ilə danışıqlar apardıqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi