Yuxarı

Nikola Yurçeviç jurnalistlərdən yığmaya futbolçu təklif etmələrini istəyib - FOTO

​Nikola Yurçeviç jurnalistlərdən yığmaya oyunçu təklif etmələrini istə

Bu gün "Bakcell Arena" futbol üzrə Azərbaycan milli komandasının açıq məşqi olub.

"Report" xəbər verir ki, Litva yığması ilə yoldaşlıq matçı üçün hazırlıq prosesinə düşərgədə yer alan 22 futbolçunun hamısı qatılıb.

Məşq zamanı baş məşqçi Nikola Yurçeviç jurnalistlərə yaxınlaşaraq söhbətləşib. O, Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matçda hansı futbolçunun ən yaxşı, hansının isə ən zəif təsir bağışladığını soruşub. Ümumi fikir ən yaxşının Eddi İsrafilovRamil Şeydayev, ən zəifin isə Dimitri Nazarov olması əsasında formalaşıb.

Xorvatiyalı mütəxəssis media nümayəndələrindən ona hazırda heyətdə yer almayan futbolçuları təklif etməyi rica edib. Bu zaman "Qəbələ"nin hücumçusu Rauf Əliyev, Türkiyə "Boluspor"undan Ufuk Budak kimi oyunçuların adları çəkilib.

Qeyd edək ki, martın 25-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Litva oyunu saat 18:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi