Nihat Özdemir: "Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var"

Nihat Özdemir: "Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var" İtaliya ilə oyundan sonra iki oyunumuzu Azərbaycanın paytaxtı Bakıda keçirəcəyik. Hamımızın dediyimiz kimi, biz iki dövlət bir millətik.
Futbol
30 Noyabr , 2019 23:41
Nihat Özdemir: Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var

"İtaliya ilə oyundan sonra iki oyunumuzu Azərbaycanın paytaxtı Bakıda keçirəcəyik. Hamımızın dediyimiz kimi, biz iki dövlət bir millətik".

"Report" DHA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Bakını başqa bir şəhər olaraq düşünmədiyini bildirib: "Oranı Türkiyənin bir şəhəri kimi hiss edirəm. Bakıda iki önəmli matçımız olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Ondan sonra qismətimizdə nə varsa, o da olacaq. Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var. Azərbaycan bizim üçün qardaş ölkədir. Öz meydanımızda oynayacağıq. Tribunaların hamısını türk qardaşlarımız dolduracaq".

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin əsas mərhələsində İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda mübarizə aparacaq. Komanda qrupdakı iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi