"Qəbələ" nigeriyalı futbolçu ilə müqavilə bağlayır

"Qəbələ" nigeriyalı futbolçu ilə müqavilə bağlayır İsa Şerif Ukrayna çempionatında oynamış 10-cu futbolçudur
Futbol
17 Mart , 2016 11:10
Qəbələ nigeriyalı futbolçu ilə müqavilə bağlayır

Bakı. 17 mart. REPORT.AZ/ Ukraynanın "Olimpik" (Donetsk) klubunun sabiq futbolçusu İsa Şerif "Qəbələ"də baxışdadır. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə müqavilə imzalamağa gəlib.

Onun keçidi azad agent kimi gerçəkləşəcək. Bu halda, baş məşqçi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış etmiş 10-cu futbolçunu hazırkı komandasına cəlb edəcək.

"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında İ.Şerifin hazırda baxışda olduğunu bildirib. Onun sözlərinə görə, hələ müqavilə ilə bağlı qərar verilməyib. Yaxın günlərdə məsələ dəqiqləşəcək".

Qeyd edək ki, İsa Şerifin "Olimpik"lə müqaviləsi 2015-ci ilin dekabrında başa çatıb. Bu ilin yanvarında o, Qazaxıstan "Kayrat"ının düşərgəsinə yollansa da, baxışdan keçə bilməyib. Baş məşqçi Aleksandr Borodyuk Şeriflə müqavilə bağlanılmamasını qərara alıb.  

Son xəbərlər

Orphus sistemi