Neymarın PSJ-də məşqlərə başlayacağı tarix müəyyənləşib

Neymarın PSJ-də məşqlərə başlayacağı tarix müəyyənləşib Bakı. 30 mart. REPORT.AZ/ Braziliya millisinin futbolçusu Neymarın Fransanın PSJ klubunun düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.
Futbol
30 Mart , 2018 10:43
Neymarın PSJ-də məşqlərə başlayacağı tarix müəyyənləşib

Bakı. 30 mart. REPORT.AZ/ Braziliya millisinin futbolçusu Neymarın Fransanın PSJ klubunun düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.

“Report” UOL portalına istinadən xəbər verir ki, ağır zədədən sonra müalicəsini davam etdirən 26 yaşlı hücumçu aprelin sonunda komandaya qoşulacaq. Hazırda PSJ-nin həkiminin nəzarəti altında bərpa prosesi keçən Neymarın Fransa çempionatının son 3 oyununda – “Amyen”, “Renn” və “Kan”la görüşlərdə Paris təmsilçisinə kömək edə biləcəyi proqnozlaşdırılır. PSJ Fransa Kubokunun finalına çıxacağı təqdirdə, onun bu görüşdə də iştirak etmək ehtimalı var.

Daha əvvəl Braziliya yığmasının həkimi Rodriqo Lasmar forvardın, təqribən, 3 ay yaşıl meydanlardan kənar qalacağını bildirmişdi.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi