Neymar yığma komandada 50-ci qolunu vuraraq Pele və Ronaldoya çatıb

Neymar yığma komandada 50-ci qolunu vuraraq Pele və Ronaldoya çatıb Pele Braziliyanın heyətində 91 oyunda 77, Ronaldo 98 oyunda 62, Romario isə 70 oyunda 55 qol vurub
Futbol
11 Noyabr , 2016 09:36
Neymar yığma komandada 50-ci qolunu vuraraq Pele və Ronaldoya çatıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Braziliyalı futbolçu Neymar yığma komandada 50-ci qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı futbolçu buna 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda Argentina ilə oyunda nail olub.

Braziliyanın 3:0 hesabı ilə qalib gəldiyi görüşün ilk hissəsinin sonunda Neymar komandasının ikinci qoluna imza atıb.

Bununla da hücumçu yığmada 50 və daha artıq qol vuran futbolçular sırasında Pele, Ronaldo və Romariodan sonra dördüncü sırada qərarlaşıb. Pele Briziliyanın heyətində 91 oyunda 77, Ronaldo 98 oyunda 62, Romario isə 70 oyunda 55 qol vurub.

Son xəbərlər

Orphus sistemi