Neymar üç oyunluq diskvalifikasiya olunub

Neymar üç oyunluq diskvalifikasiya olunub Futbolçu "Real" ilə El-Klassiko matçını buraxacaq
Futbol
12 Aprel , 2017 02:40
Neymar üç oyunluq diskvalifikasiya olunub

Bakı. 12 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Neymar diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Forvard milli çempionatda "Malaqa" ilə oyunda meydandan qovulub və bu qərarına görə hakimi alqışlayıb. Sonradan La Liqa rəhbərliyi "göy-qırmızılar"ın futbolçusunu üç oyunluq cəzalandırmaq qərarına gəlib.

Neymar komandasına "Real" ilə El-Klassiko matçında, həmçinin "Real Soseydad" və "Ososuna"ya qarşı oyunlarda kömək edə bilməyəcək.

Cari mövsümdə forvardın aktivində 26 oyuna 9 qol var.

Son xəbərlər

Orphus sistemi