Neymar oyun zamanı fanatların ona kənar əşya atmalarını yumorla qarşılayıb

Neymar oyun zamanı fanatların ona kənar əşya atmalarını yumorla qarşılayıb PSJ-nin futbolçusu: "Bu, restorana gedib aşbaza çəngəl və ya bıçaq atmaq kimi bir şeydir”
Futbol
23 Oktyabr , 2017 18:06
Neymar oyun zamanı fanatların ona kənar əşya atmalarını yumorla qarşılayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ PSJ komandasının futbolçusu Neymar Fransa çempionatının X turunda “Marsel” ilə səfər matçı zamanı meydan sahiblərinin davranışını şərh edib.

“Report” "sport.es" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu künc zərbəsi zamanı fanatların ona kənar əşya atmasını yumorla qarşılayıb. O, bunun futbol olmadığını söyləyib: “Azarkeşlər meydanda nahar etmək üçün bəzi şeylər atırdılar. Kök, apelsin şirəsi, “Coca Cola” tulladılar. Bu artıq ağ etməkdir, futbol deyil. Bu, restorana gedib aşbaza çəngəl və ya bıçaq atmaq kimi bir şeydir”.

Qeyd edəki ki, Neymar 2:2 hesabı ilə başa çatan matçın 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulub. 

Son xəbərlər

Orphus sistemi