Neymar Braziliyada uğurla əməliyyat olunub

Neymar Braziliyada uğurla əməliyyat olunub Braziliyalı futbolçunun bərpası 3 ay vaxt aparacaq
Futbol
4 Mart , 2018 12:59
Neymar Braziliyada uğurla əməliyyat olunub

Bakı. 4 mart. REPORT.AZ/ PSJ klubunun Fransa çempionatının 27-ci turu çərçivəsində "Marsel"ə qarşı keçirilən matçda (3:0) topuğundan zədə alan futbolçusu Neymar Braziliyada uğurla əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidmətinə istinadən "Fox Sports" məlumat yayıb.

Braziliya yığmasının həkimi Rodriqo Lasmar bildirib ki, Neymar zədə üzündən üç ay oynaya bilməyəcək. Forvard Çempionlar Liqasının 1/8 finalının "Real"a qarşı keçiriləcək cavab matçını dəqiq buraxacaq. Görüş matrın 6-da keçiriləcək. Birinci matç 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi