Yuxarı
    Bağlamaq

    Nenad Milovanoviç: "İnter"ə Avropa Liqasının qarşıdakı oyunlarında uğurlar arzulayıram"

    “Mladost”un baş məşqçisi: Rəqib daha təcrübəlidir

    Bakı. 7 iyul. REPORT.AZ/ “İnter”i qələbə münasibətilə təbrik edirəm. Yaxşı təşkilatçılığa görə isə təşəkkürümü bildirirəm. Bu qarşılaşma ilk oyunun təkrarı oldu. İlk oyundakı kimi bu matçda da top üstünlüyü bizdə idi, lakin yenə standart vəziyyətdən qol buraxdıq”.

    “Report”un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “İnter”ə 0:2 uduzan “Mladost”un baş məşqçisi Nenad Milovanoviç oyunsonrası mətbuat konfransında deyib.

    O, qarşılaşmadan sonra Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “İnter”ə uğurlar arzu edib: “Mladost” çempionat oyunlarında böyük hesabla uduzmamışdı. Bilirdik ki, Denis Silva standart vəziyyətlərdə yaxşı oynayır. Futbolçularımız onu boş buraxdı və bunun cəzasını çəkdik. Ümumiyyətlə, komandanın oyununda intizamsızlıq var idi. Oyunda iki xoşagəlməz halla üzləşdik. Əvvəlcə zədəyə görə erkən əvəzləmə etməli olduq. Ardınca isə futbolçumuz səfeh bir vəziyyətdə qırmızı vərəqə aldı. İkinci hissədə qol vəziyyətləri yaratmağa çalışdıq. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Əvəzində, Nizami Hacıyev əks hücumda qapımıza yol tapdı. Bununla da, hər şey həll olundu. Biz avrokuboklarda ilk dəfə çıxış edirdik. Bu oyunlarda biz qol vura bilmədik. Lakin rəqib 5 qol vurdu. Bu da onu göstərir ki, rəqib daha təcrübəlidi. Bu komandaya Avropa Liqasının qarşıdakı oyunlarında uğurlar arzulayıram.

    - “İnter” tarixinin ən pis dövrlərini yaşayır. Buna baxmayaraq, bu komandadan 5 qol buraxdınız...

    - “İnter”in maliyyə vəziyyətinin yaxşı olmadığı barədə az-çox məlumatım var. Ancaq futbol oynamaq həvəsi, vətənpərvərlik bu oyunlarda həlledici oldu.

    - Hakimlikdən razı qaldınız?

    - Bu barədə danışmaq istəmirəm. Onların işinə qiymət verənlər var. İki oyunda 5 qol buraxmışıqsa, hakimlikdən danışmağa dəyməz.

    - Bu oyunlardan öncəni və sonranı müqayisə etsək, Azərbaycan futboluyla bağlı fikirlərinizdə dəyişiklik var?

    - “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin oyunları barədə məlumatım var idi. Burda futbol infrastrukturunun inkişaf etdiyi barədə bilirdim. Yaşadığım şəhərdə Azərbaycan şirkətlərindən biri gözəl avtoban tikib. Buna görə onlara təşəkkür edirəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi