Yuxarı
    Bağlamaq

    Nelson Bonilya "Zirə" klubu ilə yollarını ayırıb

    Salvadorlu hücumçu karyerasını Avropanın 10 ən güclü çempionatından birində davam etdirəcək

    Bakı. 16 iyun. REPORT.AZ/ Ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş Nelson Bonilya "Zirə" ilə yollarını ayırıb. "Report"un məlumatına görə, bu barədə 26 yaşlı hücumçunun özü "İnstagram" hesabı vasitəsilə açıqlama verib.

    Komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirən Bonilya Bakıda olduğu müddətdə özünü evindəki kimi hiss etdiyi və kollektiv olaraq, böyük işlər gördüklərini vurğulayıb. Salvadorlu forvard "Zirə"nin karyerasında mühüm yer tutacağını söyləyib. Təcrübəli qolçu yeni klubunun adını açıqlamasa da, Avropanın ən yaxşı 10 liqasından birində çıxış edəcəyini bildirib.

    Qeyd edək ki, Nelson Bonilya 2015-2016 mövsümündə Azərbaycan Premyer Liqasında 14 dəfə fərqlənərək, bombardirlər siyahısında ikinci olub. "Zirə" isə mövsümü gümüş medalla başa vursa da, 3 ildən azdır fəaliyyətdə olduğu üçün, UEFA qaydalarına əsasən, Avropa Liqasına vəsiqə qazana bilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi