"Neftçi" yoxlama oyunu keçirəcək

"Neftçi" yoxlama oyunu keçirəcək Bakı. 8 sentyabr. REPORT.AZ/ Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Neftçi komandası yoxlama oyunu keçirəcək.
Futbol
8 Sentyabr , 2018 13:04
Neftçi yoxlama oyunu keçirəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" komandası yoxlama oyunu keçirəcək.

"Report" klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəqibi I Divizionda çıxış edən "Neftçi-2" kollektivi olacaq. 

Sentyabrın 9-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 11:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi” Azərbaycan Premyer Liqasının IV turunda evdə "Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi