Yuxarı

"Neftçi" və "Xəzər Lənkəran" öz meydanında məğlub olub

Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün keçirilmiş daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. "Report"un məlumatına görə, son qarşılaşmalar "Xəzər Lənkəran" və "Neftçi"nin ev məğlubiyyətləri ilə əlamətdar olub.

Lənkəran təmsilçisi "Kəpəz"ə, flaqman isə AZAL-a minimal hesabla yenilib. Bununla da Gəncə komandası xallarını 25-ə çatdıraraq 5-ci, AZAL 19 xalla 7-ci pilləyə yüksəlib. Əvəzində 23 xala malik "Neftçi" 6-cı pilləyə enib, 12 xalı olan "Xəzər Lənkəran"ın isə qış fasiləsinə 9-cu pillədə çıxacağı dəqiqləşib.

Qeyd edək ki, turun ilk 3 matçında "Rəvan" evdə "İnter"ə 0:2, "Qəbələ" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə öz meydanında "Sumqayıt"ı məğlub edə bilməyib - 2:2. Bu nəticələrdən sonra "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 29 xalla 2-ci pillədədir. Hərəyə 27 xala malik "İnter"lə "Qəbələ" isə 3-4-cü yerləri bölüşdürür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi