"Neftçi" və Türk Hava Yolları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

"Neftçi" və Türk Hava Yolları arasında əməkdaşlıq müqaviləsi imzalanıb Sözləşmə 1 il müddətinə nəzərdə tutulub
Futbol
9 İyul , 2018 15:18
Neftçi və Türk Hava Yolları arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ "Neftçi" futbol klubu "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

"Report"un məlumatına görə, sözləşmə 1 il müddətinə nəzərdə tutulub.

Tədbirdə klubun prezidenti Kamran Quliyev, Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfulla İlyas, Regional marketinq meneceri İzzət Çələbi, futbolçulardan Ruslan Abışov, Baqali Dabo, Soni Mustivar və komandanın baş məşqçisi Roberto Bordin, həmçinin digər şəxslər iştirak ediblər.

Anlaşmaya əsasən, “Neftçi”nin oyunçuları “Türk Hava Yolları”nın loqosunu yer aldığı məşq formalarını geyinəcək, bütün rəqamsal kanallar isə “Türk Hava Yolları” haqda məlumatları bölüşəcək. Bndan başqa “Türk Hava Yolları”nın loqosu reklam bannerləri, biletlər və dəvətnamələrin üzərində yerləşdiriləcək. 

K.Quliyev bildirib ki, bu sözləşmə Azərbaycan və Türkiyə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirə bilər: “Ümumilli lider Heydər Əliyev bizim “Bir millət, iki dövlət” olduğumuzu deyib. İnanırıq ki, dostluğumuz həmişə davam edəcək. Bu müqavilə iki dövlət arasında dostluğun daha möhkəm olmasına gətirib çıxara bilər. Sözləşmə bizim üçün çox önəmlidir. “Türk Hava Yolları” ulduz idmançılarla əməkdaşlıq edir, böyük klublarla birgə çalışır. Biz də şadıq ki, klubumuz həmin siyahıya daxil olub. Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. İnanırıq ki, bu layihədən həm "Neftçi", həm də “Türk Hava Yolları” xeyir görəcək. “Neftçi” olan hər yerdə “Türk Hava Yolları”ndan bəhs ediləcək”.

S.İlyas isə tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb: “Biz “Türk Hava Yolları” olaraq, hər zaman iki qardaş ölkə arasındakı sıx münasibətləri dəstəkləmişik. İmzaladığımız müqavilə də bunun bariz nümunəsidir və Azərbaycanla Türkiyə arasındakı dostluğu əks etdirir. Azərbaycan “Türk Hava Yolları” üçün sadəcə bir təyinat nöqtəsi deyil. Biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş ölkə olan Azərbaycan üçün də hiss edirik. Bütün qəlbimizlə burada idmanın gələcəyinə inanırıq. “"Neftçi" klubu ilə imzaladığımız bu anlaşma sayəsində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasından məmnunuq. Biz şirkət olaraq, bu klubla işbirliyindən qurur duyuruq. Başqa klublarla da danışıqlarımız olub. “Neftçi” Azərbaycanın ən köklü klubudur. Biz də bu klubu seçdik".

Qeyd edək ki, 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edən "Türk Hava Yolları” Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş şirkət Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi