Yuxarı

"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri azalıb

"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri 5-ə enib

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Report"un məlumatına görə, bu, püşkatmaya bir gün qalmış baş verib.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

İyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Oyunlar isə iyulun 11-də və 18-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi