"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri azalıb

"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri azalıb Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Futbol
17 İyun , 2019 21:00
Neftçi və Səbailin Avropa Liqasındakı potensial rəqibləri azalıb

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Report"un məlumatına görə, bu, püşkatmaya bir gün qalmış baş verib.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

İyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Oyunlar isə iyulun 11-də və 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi