​"Neftçi" və "Qəbələ" klubları "Bakcell Arena"dan çıxarılıb

​"Neftçi" və "Qəbələ" klubları "Bakcell Arena"dan çıxarılıb Stadionda rennovasiya işləri aparılacaq
Futbol
10 Avqust , 2016 22:10
​Neftçi və Qəbələ klubları Bakcell Arenadan çıxarılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bakının 8-ci km qəsəbəsində yerləşən "Bakcell Arena" rennovasiya işləri ilə əlaqədar bağlanıb.

"Report"un məlumatına görə, bununla əlaqədar “Qəbələ” Avropa Liqasının "play-off" mərhələsi matçını, “Neftçi” isə ölkə çempionatının oyunlarını digər stadionlarda keçirməli olacaq.

Hər iki klubun nümayəndələri stadionun ot örtüyünə baxış keçirərək burada oyunların təşkilini məqsədəuyğun hesab etməyiblər.

"Qəbələ" və "Neftçi"nin yaydığı birgə açıqlamada deyilir ki, mövsüm ərzində fasiləsiz olaraq oyunların təşkil edildiyi stadionlar müəyyən vaxtlarda rennovasiya işləri üçün bağlanır. Bəzi klublar mövsüm bitdikdən sonra ev oyunlarını keçirdikləri stadionlarda bu işləri həyata keçirməyə başlayıblar. “Bakcell Arena”da isə rennovasiya işlərinin aparılması “Qəbələ” və “Neftçi” klublarının Avropa Liqasında çıxışı səbəbindən mümkün olmayıb. Hava şəraitinin isti keçməsi stadionda rennovasiya işlərinin görülməsi zərurətini meydana çıxarıb.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının "play-off" mərhələsində Sloveniya "Maribor"unu Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da və ya Bakı Olimpiya Stadionunda keçirəcək. "Neftçi"nin avqustun 14-də "Zirə"ni hansı stadionda qəbul edəcəyi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi