​"Neftçi" və "Qəbələ" klubları Avropa Liqasında ilk oyunlarını keçirəcək

​"Neftçi" və "Qəbələ" klubları Avropa Liqasında ilk oyunlarını keçirəcək Bakı klubu səfərdə, Qəbələ təmsilçisi isə Bakıda meydana çıxacaq
Futbol
30 İyun , 2016 08:28
​Neftçi və Qəbələ klubları Avropa Liqasında ilk oyunlarını keçirəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün "Neftçi" və "Qəbələ" klubları Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, Bakı klubu səfərdə, Qəbələ təmsilçisi isə paytaxtda meydana çıxacaq.

"Neftçi" Maltada "Baltsan"ın qonağı olacaq. "Hibernians" stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Ötən il Avrokuboklarda uğursuzluqla üzləşən paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Cütün qalibi "Şkendiya" (Makedoniya) və "Krakoviya" (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

"Qəbələ" isə "Bakcell Arean"da Gürcüstan "Samtredia"sını sınağa çəkəcək. Ötən il müsbət çıxışı ilə Avropa Liqasının qrup mərhələsinə yüksələn Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ötənilki çıxışını davam etdirməyə çalışacaq. İki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksələn komanda "Aktobe" (Qazaxıstan) - MTK (Macarıstan, Budapeşt) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Neftçi" (Azərbaycan) - "Baltsan" (Malta)

Baş hakim: Yovan Kaludyeroviç (Monteneqro)

Hakimlər: Daniel Deviç, Vladan Todoroviç

Dördüncü hakim: Mileta Şçepanoviç

Paolo. "Hibernian" stadionu

21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, cavab görüşləri iyulun 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi