​"Neftçi" və "Qarabağ" klubları rəqiblərini yeni stadionda qəbul edəcəklər

​"Neftçi" və "Qarabağ" klubları rəqiblərini yeni stadionda qəbul edəcəklər "Neftçi" "Əlincə" stadionu seçib
Futbol
21 Aprel , 2016 17:01
​Neftçi və Qarabağ klubları rəqiblərini yeni stadionda qəbul edəcəklər

Bakı. 21 aprel. REPORT.AZ/ "Qarabağ" və "Neftçi" klubları ev oyunlarını keçirdiyi stadionları may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına verəcəklər. Klubların mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq hər iki komanda ev oyunu üçün stadion tapıb.

Mayın 7-də AZAL, 15-də isə "İnter"lə qarşılaşacaq "Neftçi" rəqiblərini "Əlincə" stadionunda qəbul edəcək. "Qarabağ"da isə yalnız Premyer Liqanın XXXIII turunda "Sumqayıt"la ev oyununun "İnter Arena"da keçiriləcəyi dəqiqləşib.

"Qarabağ"ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. "Neftçi"nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub.

Qeyd edək ki, "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. 

Son xəbərlər

Orphus sistemi