"Neftçi" uzun fasilədən sonra "Qarabağ"ı səfərdə məğlub edib - VİDEO

"Neftçi" uzun fasilədən sonra "Qarabağ"ı səfərdə məğlub edib - VİDEO Flaqman bu nəticədən sonra 4-cü pilləyə yüksəlib
Futbol
6 May , 2018 20:58
Neftçi uzun fasilədən sonra Qarabağı səfərdə məğlub edib - VİDEO

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son oyununda çempionluğunu rəsmiləşdirən “Qarabağ” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Rəhman Hacıyev vurub. Yarımmüdafiəçi 37-ci dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran flaqman 4-cü pilləyə yüksəlib.

Turun ilk 3 qarşılaşmasında "Kəpəz" "Sumqayıt"la, "Qəbələ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Səbail" isə evdə "Zirə"yə uduzub - 0:1.

Azərbaycan Premyer Liqası, XXVI tur

6 may (bazar)

19:00. "Qarabağ” – "Neftçi” - 0:1

Qol: Rəhman Hacıyev, 37

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena”.

Son xəbərlər

Orphus sistemi