"Neftçi" klubu yeni transferini sifariş edib

"Neftçi" klubu yeni transferini sifariş edib Fransız hücumçu "Qəbələ" ilə səfər matçında meydana çıxa bilər
Futbol
2 Fevral , 2017 11:31
Neftçi klubu yeni transferini sifariş edib

Bakı. 2 fevral. REPORT.AZ/ "Neftçi" futbol klubu yeni transferi Hüqo Barqası sifariş edib. 

Klubdan "Report"a verilən məlumata görə, artıq 30 yaşlı forvardın sənədləri Peşəkar Futbol Liqasına təqdim edilib.

"Ağ-qaralar"la 1 illik müqavilə bağlayan fransız hücumçu fevralın 3-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə səfər matçında meydana çıxa biləcək. 

Qeyd edək ki, Hüqo Barqas "Neftçi"nin qış fasiləsi dönəmində sifariş etdiyi 8-ci oyunçudur. Paytaxt klubu daha əvvəl Ruslan Abışov, Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanın adını iştirak ərizəsinə daxil edib.

Son xəbərlər

Orphus sistemi